Zaqatalada qadın döyülərək öldürüldü

21 Mart 2014 10:17 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, martın 15-də Zaqatala rayonunun Kebeloba kənd sakini Elmira Abdullayeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevral ayının 12-də rayon sakini Eldar Osmanov tərəfindən döyüldüyünü bildirib. E. Abdullayeva martın 18-də xəstəxanada dünyasını dəyişib.

 

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Osmanov tutulub.