Bakıda quyuya düşən at xilas olunub

21 Mart 2014 10:40 (UTC+04:00)

Bakının Xəzər rayonunda çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya at düşüb. 


Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 2 - 2.5 metr dəriniyi olan quyuya düşən at bir müddət burda köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə atı quyudan çıxarıblar.