Xaçmaz rayonunda insan ölümü ilə nəticələnən yanğın baş verib. Hadisə rayon mərkəzindən 8 km aralı Çarxlı kəndində baş verib.
Məlumata görə, bu gecə saat 23 radələrində 1964-cü il təvəllüdlü
Adil Məmmədova məxsus kərpicdən tikilmiş, üzəri qamışla örtülü
yaşayış evi yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar
Nazirliyinin (FHN) Xaçmaz
rayon yanğından mühafizə
briqadalarının əməkdaşları cəlb olunub.
FHN əməkdaşları ev sakinini yanğından xilas etyməyə çalışsalar da
evin qapısı içəridən bağlı olub. Alovun ram edilməsindən sonra
hadisə yerindən 50 yaşlı Adil Məmmədovun yanmış cəsədi
aşkarlanıb.
Mərhumun oğlu Qalib Məmmədov atasının içki aludəçisi olduğunu,
anasından ayrılaraq təkbaşına yaşadığını və tez-tez "evi
yandıracam" dediyini bildirib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğu və Fövqəladə Hallar
Nazirliyi yanğından mühafizə idarəsi araşdırmalara
başlayıb.
Hadisənin ev sahibi tərəfindən törədildiyi, yoxsa başqa səbəbdən
baş verməsi isə araşdırmaların nəticəsində bəlli olacaq.