Ölünü belə diriltdilər: Ən qorxulu tibbi təcrübələr

21 Mart 2014 12:45 (UTC+04:00)
Tarixdə elə maraqlı təcrübələr var ki, oxuyunca heyrətlər içində qalacaqsınız. Kimisi ölünü diriltməyə, kimisi də yeni növ heyvan yetişdirməyə çalışıb. Movqe.Az xarici mediadan seçdiyi maraqlı eksperimentlərin siyahısını təqdim edir .   Yaxşı bu təcrübələrin məqsədi nə idi və sonu necə oldu?   Qıdıqlanmanın səbəbi təcrübəsi: 1933-cü ildə psixologiya professoru Klarense Leuba, qıdıqlamağa verilən reaksiya olan gülməyin öyrənilən bir reaksiya olub olmadığını sübut etmək üçün, yeni doğulmuş oğulunu qıdıqlayarkən kimsənin gülməməsini istədi. Yeddi ay davam edən təcrübə sonunda uşaq qıdıqlananda gülürdü. Beləcə gülməyin qıdıqlamağa qarşı istemdışı bir reaksiya olduğunu təsbit etdi.       Frankeştaynın Cüt Başlı İt Təcrübəsi: 1954-cü ildə sovet cərrahı Vladimir Demixov bir it küçüyünün başını, ön ayaqlarıyla birlikdə bir alman çoban itinə nəql edərək cüt başlı it əldə etdi. Hər iki baş da ayrı-ayrı süd içə bilir, hətta bir-birlərinin qulaqlarını dişləyə bilirdi. İtlər bir aydan az yaşadı.     Ölüləri Diriltmə Təcrübəsi: Robert Corniş 1930-cı illərdə tahtıravalliye bənzər bir qurğu istifadə edərək ölü heyvanları canlandırmağa cəhd etdi. Məqsədi bir gün insanların üzərində də bunu sınamaq idi. Yeni ölən bəzi itlərin damarlarına adrenalin və anti-laxtalandırıcılar vurdu. Bəzi təcrübə heyvanları bir müddətə ağır beyin çatışmazlığı və korluqla həyata döndü.     Ölüm ilə Stress Arasındakı əlaqə təcrübəsi: 1960-cı ilərdə 10 əsgəri daşıyan bir təyyarədə "Mühərrikimiz pozuldu, xilasedici geyimlərimiz də işləmir. Okeana təcili enəcəyik" anonsu verildi. Son anlarını yaşadıqlarını düşünən əsgərlərə "ordunun ölümlərində günahı olmadığını" elan edən bir sığorta formasını doldurmaları istəndi. Əsgərlərin hamısı formanı doldurdu. Təcrübədəki məqsəd stressin idarə olunması idi.