Maydanda atəş açan snayperlər təyin edildi

21 Mart 2014 13:44 (UTC+04:00)

Ukrayna baş prokurorluğu Maydanda atəş açan snayperləri təyin edib. Movqe.az ANS PRESS-ə istinadən xəbər veri ki, bu barədə "5-ci kanal" a açıqlamasında Ukrayna baş prokuroru Oleq Maxnitskiy məlumat verib. 



Baş prokurorluğdan snayperlərin ad və soyadları barədə məlumat verilməsə də onların Ukrayna vətəndaşları olduğu bildirilib. 

Ukraynanın sabiq təhlükəsizlik xidmət rəisi Aleksandr Yakimenkonun sözlərinə görə, Filarmoniyanın binasındakı snayperlər faktiki olaraq Daxili İşlər Nazirliyinin əməkdaşlarının hücumlarına dəstək verirdilər.

Qeyd edək ki, Kiyevdə insanları güllələyən snayperlər Avropa Parlamentində müzakirə edilib. Bəzi tərəflərin kəskin etirazına səbəb olan hadisələr AB-də fikir ayrılıqlarına səbəb olub.