Dəhşətli intihar-qapını mismarlayaraq özünü yandırdı

21 Mart 2014 12:44 (UTC+04:00)

Martın 20-i axşam saatlarında Xaçmaz rayonu Çarxı kəndində yanğın hadisəsi baş verib. Kənd sakini 50 yaşlı Aqil Məmmədova məxsus, ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Nəticədə evdə olan Aqil Məmmədov yanaraq dünyasını dəyişib. Onun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.Mərhumun oğlunun verdiyi məlumata görə, atası onlarla daim mübahisə edib və spirtli içkilərə meylli olub. Kənd sakinlərinin bildirdiyinə görə, A. Məmmədov evi özü yandırıb. Evi yandırmazdan əvvəl isə qapını içəridən mismarlayıb. Faktla bağlı araşdırmalara başlanılıb.