Rezidenturaya sənəd vermiş namizədlərin nəzərinə

21 Mart 2014 12:51 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezedentura pilləsinə sənəd verən bakalavrlara müraciət edib. TQDK-dan Movqe.az-a verilən məlumata görə, 2014/2015-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya baza fənləri üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqi"ni əldə edə bilərlər. Namizədlər buraxlış vərəqini TQDK-nın internet saytından çap edib götürə bilərlər.
Qeyd edək ki, imtahana gələrkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz. İmtahan mart ayının 30-da baş tutacaq.