Qar yağacaq

21 Mart 2014 13:04 (UTC+04:00)
Bu gün qeyri-sabit hava şəraiti proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında mart ayının 21-də günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaqdır.Naxçıvan Muxtar Respublikasında - bəzi yerərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - Səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı vardır. Temperaturun gecə 3° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırlır.