Ukrayna AB ilə assosiasiya sazişi imzaladı
21 Mart 2014 14:25 (UTC+04:00)
Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini
haqqında razılaşmanı imzalayıb. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki, bunu AB-nin mətbuat katibinin müavini Herman Vam
Rompeya Preben Aaman deyib. O bildirib ki, razılaşma cümə günü
Brüsseldə tərəflər arasında imzalanıb:
"Mən təsdiq edə bilərəm ki, razılaşmanın siyasi
hissəsi imzalanıb".
Qeyd edək ki, Ukraynanın Nazirlər Kabineti Avropa
Birliyi ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı
2013-cü ilin noyabrında dayandırıb. Hökümət bunu öz əsas
partnyorlarıyla əmtəə dövriyyəsində hiss olunan azalma ilə izah
edib. Daha sonra ölkəni "avromaydan" adlandırılan kütləvi aksiyalar
bürüyüb. Fevral ayında Kiyevdə küçə döyüşlərində 100-dən çox insan
həlak olub. Mindən çox insan zərər çəkib.
Fevralın 22-də isə hakimiyyət dəyişikliyi baş
verib. Prezident Viktor Yanukoviç hakimiyyətindən kənarlaşdırılıb,
konstitusiya dəyişdirilib və 25 mayda seçkilər təyin edilib.
Ölkənin yeni hakimiyyəti Avropa Birliyiylə assosiasiyaya sazişini
imzalamağa hədəfləmişdi.
Ukraynada hakimiyyət dəyişməsindən sonra Avropa
Birliyinin dövlət başçılarının sammiti assosiasiya haqqında
razılaşmanı bölməyə qərar verib. 21 martda siyasi başçılar arasında
imzalanma təyin edilib. Ukraynanın baş naziri Arseni Yatsenyukun
sözlərinə görə, Ukrayna ölkədə prezident seçkilərindən sonra Avropa
Birliyiylə bu müqavilənin iqtisadi hissəsini imzalamaq
niyyətindədir.