Gündə nə qədər çörək yeməliyik?

21 Mart 2014 18:00 (UTC+04:00)

Çörəyin ölkəmizin mətbəxində nə qədər əhəmiyyətli rol oynadığını hamımız bilirik. Demək olar ki, gün ərzində nə qədər yemək yesək yanında mütləq çörək olmalıdır. Azərbaycanda yerli çox dadlı çörəklər bişirilir və satışda çox müxtəlif çörəklər var. Ancaq bu qədər böyük çörək sexlərinin olmasına baxmayaraq çox təəssüflər olsun ki, şüurlu çörək buraxılışlarının olmasını deyə bilmək çətindir və bu vəziyyət insanda çəki problemləri və başqa xəstəliklər yaradır. "Gündə nə qədər çörək yeməliyik?" deyə fikirləşənlər çox yeməkdən uzaqlaşaraq ilk addımı artıq atıblar.

Çörək doğru bişirilsə, həm bədənimiz üçün lazımlı olan şəkəri asan yolla təmin edər, vitamin və minerallardan da faydalanmış olarıq. Ancaq ölkəmizdə tez-tez təzələnən ağ çörəklərin növü, buğdanın canımıza xeyri olan bütün faydaları atıldıqdan sonra qalan undan hazırlandığına görə təəssüf ki, bu faydalar bizə çatmır. Əsasən kəpək çörəyi, yaxud tam ələnməmiş undan bişirirlər. Çörək alanda seçim edib daha xeyrli bir sexdə qərar tutmalıyıq.


Çörək yeyəndə diqqət etməyiniz lazım olan ilk şey hər kəsin çörək yemək miqdarının fərqli olmasıdır. Xüsusilə taxıl məhsullarından hazırlanan qidalardan çox istifadə etsək, demək olar ki, çörək yeməyimizə bərabər olduğu üçün çörək ehtiyacını yox edər. Çunki düyü unundan hazırlanan şirniyyat və kartof qızartması kimi çoxlu qidalar var ki, çörək ilə eyni kateqoriyada gedirlər. 

Əgər taxıl məhsullarından çox yeyirsinizsə, gündə bir neçə dilim çörək əsas ehtiyacınızı qarşılamaq üçün kafi olacaq. Doymaq üçün çörəyi daha çox yeməyə başlasanız, qalxan insulin hormonu səbəbindən daha tez acacaq və buna görə də doymaq üçün yediyiniz çörəyin tam əksi olan bir təsirə sahib olduğunu görəcəksiniz. Buna görə də çörəyi özünüzü doydurmaq üçün bir vasitə deyil, yeməyin yanında ehtiyacınız olan şəkəri təmin etməsi və sizə enerji verib gücləndirməsi üçün olan bir vasitə kimi görüb, o cür yeyin.