Hüseyn Dərya morqdan çıxarılanda sağ olub - Şok iddia/Video

21 Mart 2014 19:28 (UTC+04:00)
"Mən Hüseyn Dəryanın son səsini eşitdim. O, ölməmişdi". Bu iddia ilə "Xeber.info"nun əməkdaşı Fəxrəddin Sadıqzadə çıxış edib. O, Hüseynin ölmədiyini, morqdan çıxarılarkən səsini eşitdiyini iddia edir: "Hüseyn Dəryan morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da "bu, Hüseynin səsidir" dedi". Həmin görüntünün 27-ci saniyəsində "əəə" deyə səs gəlir və 32-ci saniyədə Sona xanım da bunu təsdiq edir. Xatırladaq ki, Anar Nağılbazla birgə ifa etdikləri "DOST" adlı repdə 8:38-ci saniyədə Hüseyn Dəryanın oxuduğu zaman həmin səs burada eynilə təkrar olunur.