Ukraynanın neft maqnatı həbs edildi

21 Mart 2014 21:12 (UTC+04:00)
Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları "Naftoqaz" şirkətinin rəhbəri Yevqeni Bakulini ölkədə keçirilən neft-qaz sahəsində korrupsiya ilə bağlı əməliyyat çərçivəsində həbs edib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov xəbər yayıb. 

Daxili İşlər Nazirliyinin keçirdiyi korrupsiya faktı ilə bağlı araşdırmalar nəticəsində məlum olub ki, dövlət içində mövcud olan cinayətkar qrup büdcəyə təxminən 4 mlrd. dollar zərər vurub. Araşdırmaların nəticəsinə görə, büdcəyə dəyən zərər dövlətin bir sıra rəsmiləri tərəfindən həyata keçirilib. Bu istiqamətdə aparılan araşdırmaların genişləndirilməsinə qərar vermişik. Ölkə siyasətçilərini araşdırma prosesinə müdaxilə etməməyə çağırıram. Həmin siyasətçilərə xəbərdarlıq edirəm. Prosesə təzyiq göstərənlərə ağır şəkildə cavab veriləcək".

Qeyd edək ki, Yevqeni Bakulin 2010-cu ilin mart ayından "Naftoqaz Ukrayna" şirkətinin rəhbəridir. Bundan əvvəl o, 2007-ci ilin mart ayından dekabra qədər olan müddətdə də şirkətə rəhbərlik edib.