Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 824.6 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
bu məbləğ 2013-cü ilin müvafiq dövründəkindən 7.9 faiz
çoxdur.
Əsas kapitala cəlb olunmuş vəsaitin 1145.0 milyon manatından
tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan
dövrdə 28.1 faiz artıb.
Əsaslı vəsaitin 70.7 faizi və ya 1290.2 milyon manatı məhsul
istehsalı obyektlərinin tikintisinə sərf olunub.
Bunun 66.1 faizini (1205.8 milyon manatını) daxili investisiyalar
təşkil edib.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində
222.9 min kv.metr yaşayış evləri, 660 şagird yerlik ümumtəhsil
məktəbləri, 270 yerlik məktəbəqədər təhsil müəssisələri, 200
çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli
Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt
şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ
fabriki, Mis emalı zavodu, Qəbələ rayonunda "Tufan" Dağ-Xizək
Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda
Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.