“Tvitter” qadağasına görə Ərdoğanı məhkəməyə verirlər

22 Mart 2014 11:33 (UTC+04:00)

Türkiyənin ana müxalifət partiyasının sədr müavini Levent Gök inanır ki, hökumətin "Twitter" sosial şəbəkəsinə qoyduğu qadağa tezliklə götürüləcək.
 

 

Movqe.Az-ın verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının rəsmisi deyib ki, bu qadağa Türkiyənin imicini korlayıb."Onlar bunu istəsələr də, istəməsələr də qadağa ləğv olunacaq. Bütün sivil ölkələr bu qərara görə Türkiyəni tənqid edirlər".

 


Gök deyib ki, partiya xalqın adından məhkəməyə müraciət edəcək. "Twitter"' girişi bağlayan Telekommunikasiya Nazirliyini Ağır Cəza Məhkəməsinə verəcək.