"Öyle Bir Geçer Zaman ki" nin Ali Kaptanı ticarətçi oldu

18 İyun 2012 15:41 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "Öyle Bir Geçer Zaman ki" serialının Ali Kaptanı, Erkan Petekkaya ticarət dünyasına atıldı. Ət dükanının sahibi olan Erkan indi ticarətini genişləndirdi. O, " Sosyete Pazarı " adını verdiyi ticarət mərkəzinin açılışına hazırlaşır. Məkanın açılışının gələn həftə olacağı planlaşdırılır. Erkan Petekkaya bunları söylədi :  "Xüsusilə də, qadınlara aid olan bu ticarət mərkəzində brend mallar normaldan çox ucuz qiymətə satılacaq. Təkcə burda deyil, Anadoluda da ticarət mərkəzi açmağı düşünürəm"