NASA-dan həyəcan təbili: “Sivilizasiya yox olacaq!”

22 Mart 2014 13:27 (UTC+04:00)

NASA-nın araşdırmalarına görə, 50 il ərzində dünya sivilizasiyası yoxa çıxacaq. Bunun səbəblərini açıqlayan Nasa rəsmiləri ilk səbəb kimi dünyada gəlir paylaşımındakı ədalətsizliyi göstərib. Təbii sərvətlərin sürətlə yoxa çıxığını deyən NASA rəsmiləri bunların yeniləri ilə əvəzlənmədiyini bildirib.

 

"Əhalinin sürətlə çoxalması enerji və su mənbələrinin daha çox istehlakına səbəb olur. İqlim dəyişikliyi torpağın məhsuldarlığını azaldır, təbii fəlakətlərin çoxalmasına səbəb olur. Texnikanın inkişafı isə problemin həllindən çox uzaqdır. Təbii sərvətlərin daha çox istehlakına təkan verən texnika bu prosesi sürətləndirir. Bundan başqa mənbələrin əksəriyyəti az sayda olan elitlərin əlindədir. Nəticə olaraq elitlər varlandıqca kasıblar daha da kasıblaşır".