İmperator nəvəsi üçün ziyafət verəcək

22 Mart 2014 13:40 (UTC+04:00)

Türkiyə futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terim dünyaya gələcək nəvəsi üçün ziyafət təşkil edəcək.

 

Terim ailəsinin Tarabyadakı villada keçirəcəyi ziyafətə 30-a yaxın qonaq dəvət olunacaq.

 

"Black tie" (Qara qalstuk) tərzində keçiriləcək ziyafətə dəvət olunan qonaqlar smokinq və xüsusi ziyafət geyimi geyinəcəklər.

 

Ziyafətdə həm nəvə xəbəri, həm də 3 aylıq hamilə olan Merve Terimin 30 yaşı qeyd olunacaq.