Cəbhədə gərginlik davam edir

22 Mart 2014 14:09 (UTC+04:00)

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.