Qəbirdə oyananlar - FOTOLAR

22 Mart 2014 14:56 (UTC+04:00)

Gözünü açıb görürsən ki, qəbirdəsən. Nə hiss edərsən? Dəhşətlidir, elə deyil? Amma tarixdə bu dəhşəti yaşayanlar heç də az olmayıb.

 

Diri-diri basdırılanlar

 

Tarixdə elə hadisələr olub ki, "mərhum" yas vaxtı və ya elə tabutun içərisində oyanıb. Təsadüfi deyil ki, artıq bir çox ölkələrdə və xalqlarda insan ölərkən cəsədi dərhal yox, yalnız bir neçə gündən sora basdırmaq adəti qəbul olunub.

 

Diri basdırılma qorxusu

 

İnsan psixikasının ən əsaslı fobiyalarından biri də diri basdırılma qorxusudur. Tibbi-psixologiyada bu termin tafofobiya ( yunanca"tafo"-qəbir, "fobos" -qorxu deməkdir ) adlanır. Bır sıra məşhurlar bu qorxudan əziyyət çəkib. Corc Vaşinqton ölüm ayağında olarkən katibəsinə deyib: "Mən ölürəm. Ölərkən məni nə az nə çox 3 gün basdırmayın".

 

 Vərəm xəstəliyindn əziyyət çəkən Frederik Şopenin axırıncı sözləri isə belə olub: "Yer məni boğur...  And için ki, diri basdırılmamağım üçün torpağı açıq saxlayacaqsınız".

 

18-19-cu əsrlərdə diri-diri basdırılma qorxusu geniş vüsət almışdı. Bu dövr ərzində müasir tibbi avadanlıqlar olmadığından bir çox insanlar səhvən torpağa tapşırılıb.

 

Xəyali ölüm

 

Letargiya (yunanca lethe "huş" və argia "hərəkətsizlik)  demək olar ki, araşdırılmamış xəstəlik halıdır. Ölüm əlamətləri kimi hər zaman ürək döyüntüsünün dayanması və nəfəsin olmaması hesab edilir. Lakin letargiya yuxusu zamanı bütün həyatı əlamətlər donur və əsil ölümü "xəyali ölüm"dən (letargiya  yuxusunu çox vaxt belə adlandırırlar) müasir ləvazimatlar olmadan fərqləndirmək çox çətindir. Buna görə də, letargiya yuxusuna gedənləri ölmüş hesab edərək  basdırıblar.  Belə hallar çox olub. Məsələn, dahi  dramaturq, şair, tənqidçi və publisist Nikolay Vasilyeviç Qoqolun ölümü haqqında bir çox fərziyyələr mövcuddur. 1931-ci ildə qəbrin köçürülməsi zamanı açılarkən şahidlər gördüklərindən dəhşətə gəliblər. Belə  ki, yazıçının başı qəbirdə çevrilmişdi.

 

İndiki dövrdə diri basdırılma fantastikadır . Halbuki 100-200 il bundan əvvəl diri-diri basdırılma nadir hal hesab olunmurdu. Çox zaman qəbirlər köçürülərkən qəbirqazanlar meyiti tabutda əyilmiş formada aşkar edirdilər. Güman ki, onlar azadlığa çıxmağa cəhd ediblər. Deyilənlərə görə, orta əsrlərdə hər üç qəbirdən birində belə bir dəhşətli mənzərəyə rast gəlmək mümkün idi.

 

Bədbəxtçilik gətirən yuxu dərmanı

 

Rus müxbirlərindən biri letarik yuxunun qəribə hallarını təsvir edirdi: "1816-cı ildə Brüssel şəhərinin sakinlərindən biri bazar günü dərin letarik yuxuya getdi. Bazar ertəsi günü mərhumun dostları tabutun qapağını bağlamağa gələndə onu tabutun içində oturub gözlərini sildiyini gördü. O, kofe və qəzet tələb edirdi.

 

1842-ci ildə isə Berjerakda xəstələrdən biri yuxu dərmanı qəbul etdi lakin oyanmadı... Ona hətta qan da köçürüldü ancaq özünə gələ bilmədi. Nəhayət onu ölü elan edərək dəfn etdilər. Bir neçə gündən sonra onun yuxu dərmanı qəbul etdiyini xatırlayıb qəbri qazdılar. Cəsəd çevrilmişdi və mübarizə apardığından tabut cızıq-cızıq idi.

 

Ağlayan ürək

 

2002-ci ilin payızında Krasnoyar sakininin ailəsində bədbəxt hadisə baş verdi. Qəflətən ailənin 13 yaşlı oğlu vəfat etdi. İdmanla məşğul olan sağlam bir insan yuxuda ikən ölmüşdü. Meyit baxışdan keçirildi, lakin ölümün əsil səbəbi tapılmadı. Həkimlər anaya oğlunun qəfil ürək döyüntülərinin dayanması səbəbindən öldüyünü dedilər. Güman olunduğu kimi, Mixaili 3 gündən sonra dəfn edirlər. Və birdən sabahı günü Mixail ağlayan vəziyyətdə anasının yuxusuna girir. Çarəsiz ana kilsəyə gedərək oğlunun adına şam yandırır. Lakin ağlayan oğlu düz bir həftə ərzində onun yuxusuna girir. Ana keşişlərdən birinə müraciət edir və oğlunun ola bilsin torpağa diri qoyulmasını eşidəndə heyrətə gəlir. Qəbrin açılması üçün ana əlindən gələni edir. Tabutu açdıqda ana dəhşətə gəlir. Onun sevimli oğlu yan tərəfi üstə uzanmışdı. Uzandığı yastıq tikələrə parçalanıb. Meyitin əllərində çoxsaylı cırmaq və qançırlar vardı. Bütün bu olaylar onu sübut edir ki, oğlan tabutda özünə gəlib,  amma havasızlıqdan ölüb. Həm də əzabla...

 

O dünyadan gələn zəng

 

Maraqlıdır, yanlışlıqla diri-diri basdırılan insanları xilas etmək üçün bir çox qərb ölkələrində indiyədək meyitxanalarda zınqırov qoyurlar. Bunu ölü hesab olunan insan oyansa, durub zəng çala bilməsi üçün edirlər. Xüsusi xidmətçilər var ki, zəngi eşidib dərhal həmin şəxsin köməyinə qaçırlar. Çünki "meyit"-in dirilməsi  halları az olmayıb.

 

1964-cü ildə küçədə vəfat etmiş bir kişi Nyu-York meyitxanasına gətirilir. Patoloq cərrah bıçağını "mərhum"-un qarnına yaxınlaşdıran zaman ölü yerindən dik atılıb. Keçirdiyi şok və qorxudan cərrah yerindəcə keçinib.

 

Ayin üçün dəfn mərasimləri

 

Lakin diri-diri basdırılma halları təkcə xəstəliklə bağlı baş vermir. Belə ki, bəzi Afrika qəbilələrində, Cənubi Amerika, Sibir və uzaq şimal xalqlarında tayfanın cadugəri həmyerlilərini diri-diri basdırır.  Onların inancına görə , bu xəstəliklərin qarşısını alır. Əsasən də oğlan uşaqları diri-diri basdırılır. Həmçinin, qoca və xəstələr də o dünyaya yola salınmaq üçün diri-diri basdırılır.

 

Bir çox şaman ayinlərində də "diri basdırılma" əsas mərasimlərdən biri hesab olunur. Güman olunur ki, insanı qəbirə diri qoymaqla şaman ölmüş əcdadların ruhlarından və yer ruhları ilə ünsiyyətdən vergi alır.

 

Müasir nümunələr

 

2-ci Dünya Müharibəsində Nankin soyqırımı zamanı yapon əsgərləri çinli mülki şəxsləri diri-diri basdırıb. Bu metodu alman rəhbərləri 2-ci Dünya Müharibəsində Belarus və Ukraynada yəhudilərə qarşı tətbiq edib. Çində Mao Tsedun rejimi zamanı bu cəzadan geniş istifadə olunub.

 

Qəbirdən diri çıxanlar

 

2013-cü ilin noyabr ayında Braziliyanın San-Paulo şəhərində qadın öz ailə qəbirlərini ziyarəti üçün qəbiristanlığa gedir. Qəbirlərin birindən inilti səsləri eşidir. Dərhal kömək çağıran qadın qəbirdəki kişini xilas edə bilir.

 

Sonda maraqlı bir məqamı da sizlərlə bölüşmək istəyirəm. Deyilənlərə görə, xalq artisti Gülşən Qurbanova da diri-diri basdırılmaqdan qorxurmuş,  hətta yaxınlarına da deyərmiş ki, "əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim."

 

Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. Bu həqiqətdir, yoxsa şayiə dəqiq deyə bilmərik. Ancaq  "Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə güclü şok keçirib. Basdırılandan sonra  qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb".