Cenifer Lopez Madonnanı kölgədə qoydu -FOTO
18 İyun 2012 15:46 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, dünya turnesinə çıxan Madonna müxtəlif ölkələrdə konsert
çıxışları edib. Hər konsertində tamaşaçıları təəccübləndirən
Madonna İtaliyada çıxışı zamanı şalvarını çıxardıb və beləcə
konsertinə davam edib. Buna oxşar addımı isə Madonna Türkiyədə də
atmışdı və o, sinəsini açıb göstərmişdi.
Daha bir pop ulduzu Cenifer Lopez də dünya tunesinə çıxıb.
Cenniferin ilk konserti Panamada baş tutb. Hər iki müğənninin
konserti zamanı rəqsə daha çox yer ayırması və bədənlərini ön
plana çıxarması, çoxlarının onları müqayisə etməsinə səbəb
olub. Madonnanın açıq-saçıqlığına baxmayaraq, Cennifer öz bədəni
ilə Madonnanı kölgədə qoyub.


