“Euronews”da Azərbaycan haqqında reportaj

22 Mart 2014 16:50 (UTC+04:00)

Movqe.az AzVision.az-a istinadən xəbər verir ki,"Euronews" Azərbaycan haqqında daha bir reportaj yayımlayıb. Telekanalın yeni sujeti Bakıda keçirilən milli bayramımız - Novruz haqqında olub.



Reportajda qeyd edilib ki, Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası "Yeni gün" deməkdir. Azərbaycan ilə yanaşı dünyanın bir çox ölkəsində təntənəli şəkildə qeyd edilir.



Reportajda Milli parkın ərazisində keçirilən bayram şənlikləri, müxtəlif rayonlara aid adət-ənənələrin, nemətlərin sərgiləndiyi bölmələr nümayiş edilib. Həmçinin, Azərbaycanda qorunub saxlanan Novruz adət-ənənələrinə toxunulub, insanların bayram günlərində dost və qohumlarını ziyarət etdiyi diqqətə çatdırılıb.