Mahsun Kırmızıgülün təklifi aktrisanı özündən çıxartdı
18 İyun 2012 15:51 (UTC+04:00)
Movqe.Az Türkiyə
mətbuatına istinadən xəbər verir ki, müğənni Mahsun Kırmızıgül yeni
film çəkmək fikrindədir. Son zamanlarda özünü daha çox film çəkməyə
həsr edən Mahsun, türk aktrisası Füsun Demirelə yeni filmində
rol almağı təklif edib. Lakin Mahsun Kırmızıgülün aktrisaya,
çəkiləyəcəyi rolun müqabilində 5000 dollar verəcəyini
bildirəndə, aktrisa Füsun Demirel çox bərk hirslənib. Füsun
Demirel deyib: " Filmin büdcəsi bu qədər çox olduğu halda mənə niye
bu qədər az pul təklif olunur.Amma söhbət Hollivud ulduzlarından
düşüncə, rəqəmlər o dəqiqə artır.Bizə gəlincə tam tərsi olur. Mən
bu rola çəkilməyəcəyəm!".
Filmin prodüsseri Murat Tokat isə aktrisaya cavabında bunları
söyləyib: " Ayıb sözlər söyləmisiniz. Mənim kinomda pula görə
oynayan aktrisa heç mənə lazım deyil. Həm çəkiləcəyi rol cəmi 4
dəqiqəlik idi və 5000 dollar təklif edək dedim ".