Qubaya 15 santimetrdən çox qar yağdı

22 Mart 2014 17:15 (UTC+04:00)

Martın 21-də axşam saatlarından başlayaraq Quba rayonunun bəzi dağ kəndlərinə qar yağıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Quba rayonunun Xaltan kəndində qarın hündürlüyü 15 santimetrdən çox olub.



Azərbaycan sinoptikləri bəyan edirlər ki, hava bu gün axşamdan mülayimləşəcək, yağıntılar kəsəcək və temperatur yüksələcək.