Rihanna "Youtube"-u ələ keçirdi - VİDEO

22 Mart 2014 17:15 (UTC+04:00)

Rihanna zirvəni ələ keçirdi...
 

 

Youtube video portalında RnB ulduzu Rihannanın şəxsi kanalının digər müğənnilərə nisbətən daha populyar olduğu çoxdan məlumdur. Bu gün isə barbadoslu ulduzun ən son video yeniliklərinin yerləşdirildiyi kanalın məşhurluğu portal tərəfindən rəsmi olaraq, təsdiqlənib.

 

Uzun müddətdir ki, "Machinima" oyun kanalı ilə Rihannanın kanalı arasında rəqabət gedirdi. Rəsmi hesablamalara görə, hazırda RnB ulduzunun kanalını 13 milyon 330 min insan izləyir, onun videoları isə 4 milyard 819 milyon 333 min dəfə baxılıb. Videoları daha çox izlənəcəyi halda Rihanna Youtube tarixində 5 milyard baxış sayı olan ilk müğənni olacaq. (buro247.az)