Krımın işğalı Ukraynaya milyardlarla ziyan vurub

22 Mart 2014 18:11 (UTC+04:00)

"Rusiya Federasiyası silahdan istifadə etməklə Ukraynada soyğun həyata keçirdib".      

 

 

Bunu Ukraynanın Baş naziri Arseni Yaçenyuk söyləyib:  

 

 

"Biz hal-hazırda Krımda baş verən hadisələrə görə Rusiya tərəfdən nə qədər ziyan dəydiyi barədə ciddi müzakirələr aparırıq. Rusiya Federasiyası silahdan istifadə etməklə Ukraynada soyğun həyata keçirdib. Eyni zamanda dövlət mülkiyyətində olan onlarla obyekti milliləşdirib".