Azərbaycanda qəza: 3 yaralı

22 Mart 2014 19:16 (UTC+04:00)

Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verən hadisədə rayonun Uzunqazmalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamal Əmrah oğlu Heydərov idarə etdiyi "VAZ 2107" markalı, 10 ES 137 dövlət nişanlı avtomobillə Zaqataladan Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, maşını yolun kənarındakı ağaca çırpıb.

 

Qəza nəticəsində sürücü Kamal Heydərov, avtomobildə olan sərnişinlər, Donbabinə kənd sakinləri -1991-ci il təvəllüdlü Günel Ramiz qızı Şabanova və 1994-cü il təvəllüdlü İranə İlham qızı Dadalova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan Günel Şabanovanın vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən digər yaralılar Kamal Heydərov və İranə Dadalovanın isə vəziyyətləri orta-ağır hesab olunur.

 

Fakla bağlı rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.