Çin lideri ilk dəfə Avropaya səfərə çıxdı

22 Mart 2014 19:37 (UTC+04:00)
Çin Xalq Respublikasının sədri Si Tszinpin Aropaya rəsmi səfəri çərçivəsində Amsterdam şəhərinə gəlib.

Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Shiphol hava limanında çinli qonağı Niderland kralı Villem-Aleksandr və onun xanımı kraliça Maksima qarşılayıb.

Çin Xalq Respublikasının sədri də rəsmi səfərə öz xanımı Pen Liyuan, bir neçə nazir və iş adamları ilə çıxıb.

Çin rəhbəri səfəri çərçivəsində Avropa Birliyi ölkələrinin liderləri ilə Ukraynadakı son durumu müzakirə edəcək və Haaqa şəhərində keçirilən nüvə təhlükəsizliyi probleminə həsr olunan sammitin işində iştirak edəcək. 

Xatırladaq ki, Çin Xalq Respublikasının sədri Si Tszinpin Niderlanddan sonra Fransa, Almaniya və Belçikaya gedəcək. 

Alınan son məlumata görə, Si Tszinpin Haaqa şəhərində ABŞ prezidenti Barak Obama ilə də görüşəcək.