Ukraynanın 2 minə yaxın hərbçisi Krımı tərk etmək istəyir
22 Mart 2014 20:05 (UTC+04:00)
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dəniz
donanmasına Krım respublikasının ərazisini tərk etmək istəyən
Ukrayna hərbçilərinə şəraitin yaradılması barədə tapşırıq
verib.
Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata
görə, bu barədə Rusiya Müdafiə nazirliyi açıqlama
verib.
Açıqlamada bildirilir ki, martın 21-nə olan
məlumata görə, Krım respublikasına dislokasiya edilmiş Ukrayna
Silahlı Qüvvələrinin 2 minə yaxın hərbçisi bölgəni tərk etmək
barədə müraciət edib.
Ümumilikdə, Krımda yerləşən Ukrayna Silahlı
Qüvvələrinə məxsus 147 hərbi bölmədə artıq Rusiya bayrağı
qaldırılıb. Bundan başqa Ukraynanın 67 hərbi gəmisindən 54-də
Rusiya Hərbi Dəniz Qüvvələrinin bayrağı dalğalanır.