"Azadlıq" radiosunun büro rəhbəri qətlə yetirilib

22 Mart 2014 23:42 (UTC+04:00)

"Azadlıq" radiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaivi Ovaid öldürülüb.

 

 

Hadisə martın 22-də səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.

 

Jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir.

 

Araşdırmalara başlanılıb.

 

Efirdə Həsən Rəşid kimi tanınan Ovaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.