Aygün Kazımova soyunur, o haranın xalq artistidi ?
23 Mart 2014 09:43 (UTC+04:00)
Müğənni Əli Mirəliyevin oğlu atasını kölgədə qoyub. Qalmaqallı
açıqlamaları ilə bu dəfə Əli Mirəliyev yox, oğlu Taleh gündəmə
gəlib. Mövqe.az xəbər verir ki, indiki toylardan həzz ala bilməyən
və hətta öz oğlunun toyuna da çağırmağa müğənni tapmayan Taleh
"Qonaqlıq" verlişində bunu açıq-aşikar etiraf edib : "Nə
oxuyurlar bu müğənnilər ? Harada məktəb görüblər naməlumdu. Xalq
artisti Aygün Kazımovanı mən heç sənətkar bilmirəm. O, xalq
artisti ki, soyunub, özünü gülünc vəziyyətə qoyur o necə xalqın
artisti ola bilər axı ? Nadir Qafarzadə o birilərə nisbətən pis
oxumur. Amma onun da oxuduğundan bir şey başa düşülmür. Heç onu da
çağırmaram, oğluma toy etsəm. Bu gün Əli Mirəliyev, Azər Zeynalov
kimi müğənnilərin adı çəkilmir. Niyə ? Əlini istəyənlər Bakıda
deyil. Kimlər ki, üzdədir onları heç mən müğənni kimi nə bəyənirəm,
nə də ki, qəbul edirəm".
Taleh atasının əvvəlki toylara dəvətindən də danışıb : "Atam
çıxırdı "Bu gecə" ni oxuyurdu. Pullar da şirin-şirin tökülürdü
başına... Hər toydan iki evin pulunu götürürdük. Mən bundan
utanmıram ".
Qeyd edək ki, "Space" efirində yayımlanan "Qonaqlıq" verlişi hər
bazar günü 09:45-də yayımlanır.
Müğənni Əli Mirəliyevin qızının evində baş tutan "Qonaqlıq"dan
fotoları da verlişin informasiya dəstəyi olan Mövqe.az sizə təqdim
edir :


