Ukrayna
parlamentinin deputatı, Krım-Tatar Məclisinin keçmiş
rəhbəri Mustafa Jemilev Krıma
buraxılmır.Movqe.Az xəbər verir ki, bu barədə o özü martın 22-də
Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.
Mustafa Cəmilev Rusiya hərbçilərinin onu vətəninə-Krıma
buraxmadıqlarını bildirib. Krım-Tatar Məclisinin indiki
rəhbəri Refat Çubarov Krıma çeçen
dəstələrinin gətirilməsi barədə məlumatları təsdiqləyib.
zn.ua saytına müsahibəsində Çubarov Vladimir Putinin Çeçenistan prezidenti Ramzan Kadırovu Krıma məxfi kurator qoymasını də istisna etməyib. Çubarov deyib ki, Rusiya Krım tatarlarının etirazlarının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edir.