Ukraynada aksiya: Yanukoviç vəzifə başına dönsün

23 Mart 2014 14:32 (UTC+04:00)

Ukraynanın Donetsk vilayətində ruspərəst fəallar bölgənin Rusiyanın tərkibinə keçməsini tələb edirlər. 

Movqe.az Teleqraf.com-a istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin binası qarşısında keçirilən aksiyada 10 minə yaxın ruspərəst Ukrayna vətəndaşı iştirak edib. Askiyaçılar həmçinin sabiq prezidenti Viktor Yanukoviçin vəzifəyə qayıtmasını tələb ediblər.

 

 

 

Aksiyaçılar hesab edirlər ki, Ukraynanı böhranlı vəyyətdən yalnız Yanukoviç və Putin əməkdaşlığı qurtara bilər. 

 

Aksiya zamanı güc qüvvələrilə insident yaşanıb. Saxlanılanların olduğu bildirilir.