Obama və Türkiyəyə qarşı ağır tənqid

18 İyun 2012 17:21 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da prezident seçkilərində Respublikaçı Partiyasının namizədi Mitt Romney, Obamanın Orta şərq və Suriya siyasətini tənqid edib. Romney, "Əgər prezident olsaydım Türkiyənin müxalifləri silahla təmin etməsini təşviq edərdim" deyib.

Respublikaçı Partiya namizədi Romney, "Suriyada olanları kənardan izləmək yerinə, Türkiyə və Səudiyyə ərəbistanı kimi bölgədəki ABŞ-ın dostlarını Suriyadakı müxalifləri silahla təmin etmələri istiqamətində təşviq edərək, Suriya mövzusunda liderlik göstərərdim" deyib.

"NETANYAHUYA QARŞI HÖRMƏTSİZLİK"

Obamanın İsrail, İran və Suriya siyasətlərini tənqid edən Romney, Obamanın İsrail Baş naziriBinyamin Netanyahuya qarşı "hörmətsizcə" davrandığını das qeydedib.