İkiqat dünya çempionu planında dəyişiklik etdi - Foto + Video

23 Mart 2014 16:30 (UTC+04:00)

Kikboksçu Elçin Hüseynovun martın 22-26-da Türkiyənin Ankara şəhərində keçiriləcək Dünya Çempionatına gedəcəyi ilə bağlı məlumat vermişdik. 

İkiqat dünya çempionu 3-cü dəfə bu nəticəni təkrarlamağı planlaşdırırdı. Lakin planlarda bir qədər dəyişiklik olub.  Belə ki, həmin tarixdə baş tutacaq Dünya Çempionatı təxirə salınıb.

 Movqe.az Publika.az-a istinadən idmancinin söylədiklərini təqdim edir :

"Martın 22-26-da Ankara şəhərində keçiriləcək dünya çemiontaı təxirə salındı. Bizə müəyyən səbəblər üzündən aprelin sonlarında təşkil olunacağı deyildi. Amma mən məşqlərimi Ehram Məcidovun rəhbərliyi altında davam etdirirəm. Çünki aprelin 5-11-də Moldovanın Kişinyov şəhərində Budo Döyüş növləri üzrə Avropa Çempionatı keçiriləcək. Həmin çempionatda "K1" tərzində döyüşəcəm. Bu yarışdan sonra Türkiyədə baş tutacaq Dünya Çempionatına gedəcəm".

 

 

Qeyd edək ki , Elçin Hüseynov 2 qat Dünya çempionu, Dünya Kubokunun qalibidir. Bundan əlavə o, Dünya çempionatının gümüş və bürünc mükafatçısı, Asiya çempionudur.

Həmçinin, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirin mükafatçısı, Azərbaycan çempionudur.