Türk Dili Olimpiadalarına sponsor tapıldı - VİDEO

23 Mart 2014 17:01 (UTC+04:00)

Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türk Dili Olimpiyadalarının bir daha keçirilməyəcəyi haqda qərara gəldiyini açıqlayıb.

 

Buna səbəb kimi Türk Dili Olimpiyadalarının Fətullah Gülənin təbliğatına hesablanmasını göstərib. Qərarla bağlı müxtəlif fikirlər səslənib.

 

İstanbul Bələdiyyə başqanlığına namizəd CHP-li Mustafa Sarıgül qonaq olduğu proqramda Türk Dİli Olimpiyadalarının keçirilməsi ilə bağlı əlindən gələni edəcəyini deyib: "Olimpiyadalarda Türkiyənin bayrağı dalğalanır, Atatürkün rəsmləri asılır, İstiqlal marşımız oxunur. Olimpiyadalar davam etməlidir" deyib.

 

Beləliklə, proqramda qonaq olan Mustafa Sarıgül çıxışında "camaatı" atatürkçü və millətçi də elan edib.