Bakının əsas prospekti bağlandı- Diqqətli olun

23 Mart 2014 15:57 (UTC+04:00)

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  Movqe.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır. Sürücülərə alternativ olaraq Cəlil Məmmədquluzadə küçəsi və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.