Yol qırğını davam edir: 2 ölü, 26 yaralı

23 Mart 2014 16:03 (UTC+04:00)

Martın 22-də Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər həlak olub.Gün ərzində ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 2 nəfərlə yanaşı daha 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən qəzalar Bakının Xəzər rayonunda və Ağcabədidə qeydə alınıb. Bakıdakı qəzada avtomobillərin toqquşması nəticəsində 1 yaşlı körpə oğlan ölüb. Ağcabədidə isə avtomobilin vurduğu piyadanı xilas etmək mümkün olmayıb. 

Hər bir faktla bağlı araşdırma aparılır.