Klintondan Azərbaycan və Ermənistana snayper çağırışı

6 Aprel 2012 13:03 (UTC+04:00)

"Biz Qarabağ münaqişəsi zonasında snayperlərin qoşunların təmas xəttindən geri çəkilməsini dəstəkləyirik". Bunu ABŞ dövlət katibi Hillari Klinton deyib. ABŞ-ın dövlət katibi konqresmen-deputat Hovard Bermanın yazılı sorğusuna cavabında belə deyib. "Biz insanların həlak olmasına təəssüf edir və yenə də münaqişənin tərəflərini danışıqlar atmosferini daha da yaxşılaşdırmaq, gərəksiz qurbanlardan qaçmaq və atəşkəs rejimini daha da möhkəmləndirmək üçün addımlar atmağa, eləcə də snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq". H.Klinton qeyd edib ki, tərəflər anlaşılmazlıqlardan və gözlənilməz nəticələrdən qaçmaq üçün verdikləri ictimai bəyanatlarda təmkinlilik göstərməlidirlər.  "Hər dəfə biz qeyd edirik ki, münaqişənin hərbi həll yolu yoxdur və yalnız sülh yolu ilə nizamlanması regiona təhlükəsizlik, stabillik və barışıq gətirə bilər", deyə ABŞ-ın dövlət katibi bildirib.