Feysbukda ən məşhur ifaçının adı məlum oldu

23 Mart 2014 20:15 (UTC+04:00)

İfaçı, rəqqasə və model olan Şakira öz həmkarları arasında fərqlənərək Feysbuk sosial şəbəkəsinin ən məşhur ifaçısı adına layiq görülüb.

 

"Movqe.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Şakira özünün Feysbuk səhifəsində qeyd edib:

 

"Mənə indi bildirdilər ki, Feysbuk sosial şəbəkəsində ən çox mənim dostlarım var. Hələ də inana bilmirəm. Buna görə bütün məni sevənlərə təşəkkürümü bildirirəm. Məni çox sevindirdiniz".

 

Xatırladaq ki, bu yaxınlarda məşhur ifaçının albomu işıq üzü görəcək. Həmin alboma 15 mahnı daxildir. Həmin mahnılar arasında sevgilisi Jerar Pikeyə və oğlu Milana həsr olunmuş mahnılar da yer alacaq.