Krım tatarları milli-azadlıq hərəkatına başlayır

23 Mart 2014 21:20 (UTC+04:00)

Krım tatar fəalları milli-azadlıq hərəkatını bərpa eləmək əzmində olduqlarını bəyan ediblər. Bu barədə Krım tatarlarının matəm mitinqlərinin qətnaməsi üzrə işçi qrupunun rəhbəri Nedim Xəlilov bəyan edib.

 

 

Onun sözlərinə görə, hərəkatın əsas məqsədi Krım tatar xalqının 1783-cü ildə qırılmış milli dövlətçiliyinin bərpası olacaq. Xəlilov onu da bildirib ki, Krım tatar dövlətçiliyinin bərpasınadək yarımadada Rusiya qanunları deyil, Ukrayna qanunvericiliyi və beynəlxalq hüquq qüvvədə olmalıdır. 

 

Ukrayna ərazisində Krım tatarlarının matəm mitinqləri Stalin deportasiyası qurbanlarının xatirəsi ilə bağlı 1991-ci ildən keçirilir.