Türkiyənin milli maraqlarına ziyan vuran bütün internet resurslar bağlanılacaq. TBu barədə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, milli maraqlar ölkə üçün prioritetdir və
Türkiyə onların qorunması üçün lazımi tədbirləri görəcək.
Xatırladaq ki, Türkiyə hakimiyyəti cümə gününə keçən gecə Twitter
mikrobloqlar şəbəkəsinə girişi bağlayıb.
Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir imkanın olması
barədə bəyanatla çıxış etdikdən bir neçə saatdan sonra şəbəkəyə
giriş bağlanılıb.
Ərdoğanın sözlərinə görə, ölkə vətəndaşlarını yad təsirlərdən
qorumaq üçün lazım gələrsə, Youtube və Facebook-dan istifadəsinə
qadağa qoyulması məsələsi gündəmə gətirilə bilər.
Lakin Türkiyə Prezidenti Abdullah Gül ölkədə "Youtube"-un və
"Facebook" sosial şəbəkəsinin bağlanmasının qeyri-mümkün olduğunu
bildirib.