Kənan MM-i Dərya haqqında yazdıqları hansı məşhurların başına bəla olub ?

24 Mart 2014 08:07 (UTC+04:00)
Dostu , sevilən reper Hüseyn Dəryanın zamansız ölümünü heç cür qəbul edə bilməyən rejissor Kənan Mahmudov yenidən qəzəblənib. Kənan MM-in dediyinə görə, reper haqqında yazdığı statuslara, şeirlərə görə narahat olan tanınmışlar ona "düz etmirsən" kimi fikirlər bildirib. Rejissorun həmin kəslərə ünvanladığı cavab da özünü çox gözlətməyib. Mövqe.az rejissorun sosial şəbəkədə yazdığı statusu sizə təqdim edir : " Tak!  Millət, vəziyyət deməli belədir. Dəryayla bağlı yazdığım şeir və məqalələrdən narahat olan insanlar mənə inboksa, telefonuma ismarıclar yazırlar ki, "Ay brat, düz eləmirsən", nə bilim nə... Eyyyyy, açın qulaqlarınızı eşidin, kimə nə ləzzət eləmirsə özü bilər. Hz imam Əli ağam buyurur: "Haqqınızın tapdalanmasına izin verməyin. Çünki, haqqınızla bərabər şərəfiniz də tapdalanır. İndi mən haqqı söyləməyim? İşinizlə məşğul olun! Allah mənlə olduqdan sonra, kim mənə qarşı olur, olsun. Haqqı söyləməkdən qorxan axmaqdı. Hz.imam Əli. Başıma silah dayasazda susmayacağam. Susan şərəfsizdi !!!".


Xatırladaq ki, bundan öncə H. Dərya haqqında belə yazmışdı : " Və Dərya getdi... Bu aləmdə çox şeyə təəccüb edirdim. Bu gün Dəryanın yas mərasimində iki-üç sənət adamından başqa heç kimi görmədikdən sonra daha heç nəyə təəccüb etmirəm. Bir zamanlar Dərya ilə duet oxumaq növbəsinə duran dırnaqarası ulduzlar, mikrofon, kamera ilə Dəryanın arxasınca qaçan jurnalistləri görmədim. Bəli, Dərya içki içirdi, indikilər içmir? Bir zamanlar narkotik maddə qəbul edirdi, indiki xalq artistləri etmir? Dəryanın bu problemləri özünə məxsus idi, amma daxildə o məndən və özünə sığışdırmayıb narkoman yasına gəlməyənlərdən min dəfə yaxşı insan idi. Hansınızın adını sevənləriniz divarlara yazdı? Hansınızın sevəni səhnədə paltarınızı üzərinizdən parçalayıb çıxardı? Hansınızın pərəstişkarı sizə oxşmaq istədi? Amma Dərya bunları etdi.... Azərbaycan repi rəhmətə getdi. Kim inciyir, özü bilər, ünvanımı bilirsiniz. Nifrət edirəm şou-biznesə. Allah sizləri hidayət etsin. Dərya gəlişiylə də, gedişiylə də partladı. Dünyaya milyon Hüseyn gələcək, heç biri Dərya olmayacaq. Onun qohum tərəfdən heç kimi yoxdur, onu yerdən yalnız dostları götürdü. Orada olan kişi qeyrətli qadın sənətçilərimiz qarşısında baş əyirəm. Özünü jurnalist sayan dostlar, bu statusu mən yazmışam və sözümdə də cavabdehəm. İmza günahkar bəndə Kənan M.M."