İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı
24 Mart 2014 09:20 (UTC+04:00)
Diplomatların tətil eləməsi ucbatından İsrailin
bütün ölkələrdəki səfirlikləri bağlanıb. Diplomatlar əmək
haqlarının azlığından şikayətlənirlər.
Movqe.az Milli.Az-a iistinadən xəbər verir ki ,
israilli məmurlar əmək haqlarının artırılmasını tələb
edirlər.
Diplomatların ümumdünya etirazı Roma Papası
Fransiskin İsrailə səfərini təhdid altında qoyur. Onun səfəri may
ayı üçün planlaşdırılır.
Ekspertlərin sözlərinə görə, bu 1948-ci ildə
yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102
diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib. Dövlətin BMT
və digər beynəlxalq qurumlarla əlaqələrində də böhrana səbəb
olub.
"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", -
diplomatlardan biri deyib.
İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri
"məsuliyyətsizlik" adlandırıb.
"Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının
vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara
dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi
etməliyik", - nazir qeyd edib.
Tətil edənlər isə 1200 nəfər diplomatik missiya
əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə,
aksiya müddətsizdir.
İsrailli diplomatların əmək haqları hazırda 1,7 və
2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xairici ölkələrə
gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində
qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda
çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz
əmək haqlarının aşağı olması ucbatından işdən
çıxıblar.