Məşhur aktyor xərçəngdən öldü

24 Mart 2014 10:45 (UTC+04:00)

ABŞ-da "Özünkilər arasında yad" teleserialının aktyoru Ceyms RebhornNyu-Cersi ştatının Saut-Oranc ştatında yerləşən evndə dünyasını dəyişib.
 

Movqe.az anspress-ə istinadən bildirir ki, aktyor 65 yaşında dəri xərçəngindən dünyasını dəyişdi.
 

Hadisə martın 21-də baş versə də, məlumat dünən yayılıb. Öz karyerası dövründə aktyor 100-dən çox filmlərdə rol alıb.Onların arasında "Qadın ətri", Xalamoğlu Vinni", "Müstəqillik günü", "Oyun", "Valideynlərlə tanışlıq" filmləri də var. Aktyor dəfələrlə brodvey teatrlarında da iştirak edib.
 

Qeyd edəki ki, aktyor 1948-ci ilin sentyabrın 1də Filadelfiyada dünyaya göz açmışdı.