Bu həftə yay vaxtına keçirik
24 Mart 2014 11:08 (UTC+04:00)
Bu həftə Azərbaycan yay vaxtına keçəcək.
Movqe.az ans press-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin
müvafiq qərarına uyğun olaraq, 2014-cü ildə Azərbaycan ərazisində
yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da
saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata
keçiriləcək.
Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli
qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da
əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər
il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat
geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata
keçirir.