Ledi Qaqanın bu klipi 1 günə 7 milyon izləndi (VİDEO)

24 Mart 2014 12:37 (UTC+04:00)
Pop ulduz Ledi Qaqa bir daha hər kəsi heyran edib. Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə , dünya şöhrətli ulduz ARTPOP adlı albomuna daxil etdiyi G.U.Y mahnısına çəkdirdiyi videoklipini təqdim edib. Məşhur müğənni klipində canlandırdığı obrazı və görüşü ilə diqqəti cəlb etməyi bacarıb. Ledi Qaqanın özünün rejissorluq etdiyi klip 12 dəqiqə davam edir. 

Video görüntünün çəkilişləri bu ilin fevral ayının əvvəlində Kaliforniyada "Hearst Castle" qalasında keçirilib. G.U.Y. mahnısısnın klipi ötən gün Youtube video paylaşım şəbəkəsinə yüklənməyinə baxmayaraq artıq artıq 7 milyondan artıq istifadəçi tərəfindən izlənilib. 

Qeyd edək ki, klipdə "Baverli-Xillzdə əsil ev qadınları" adlı realiti şounun iştirakçıları olan aktrisalar Liza Vanderpamp, Kim Riçard və İoland Foster yer alıblar. 

Ledi Qaqanın reytinqlər qıran yeni klipini sizə təqdim edirik.