Aydan gələn kamera 660 min avroya satıldı (FOTO)

24 Mart 2014 13:09 (UTC+04:00)
1971-ci ildə amerikalı astronavt Edqar Mitçellin "Apollon 14" səfərində istifadə etdiyi və Aya aparıb geri qaytardığı "El Data Kamera"sı 660 min avroya satılıb. Vyanada təşkil edilən hərracda kameraya 80 min avro başlanğıc qiyməti verilib. "Hasselblad 500" model kamera Aya gedib dünyaya qayıdan tək kamera olaraq bilinir.
Kameranın yeni sahibi Fujisava adlı yapondur.

NASA-nın qaydalarına görə, astronavtlar çəkiliş etdikdən sonra gəmidə ağırlıq etməməsi üçün əl kameralarını Ayda qoymaq məcburiyyətindədirlər. Lakin Mitçellin bu kameranı orada qoymağı unudub. Buna görə də NASA Mitçell evində saxladığı kameranı geri qaytarmasını istəmiş, Mitçell isə bu təklifi rədd etmişdi.

Mitçell NASA-ya malik videokameranı qanunsuz mənimsəmək və onu gəlir əldə etmək məqsədilə satmaqda suçlanır.

Qeyd edək ki, keçmiş astronavt sözügedən kamera ilə 1971-ci ildə Ayda doqquz saat 17 dəqiqə ərzində 299 şəkil və 96 video görüntü çəkib.