Bakıda tələbədən ürək dağlayan intihar faktı

24 Mart 2014 13:00 (UTC+04:00)
Bakıda tələbə intihar edib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib.Polisdən həmçinin bildirilib ki, K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi olub. K.Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.