Paytaxtda atışma-1 ölü,1 yaralı

24 Mart 2014 13:04 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakıda atışma olub. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, silahlı insident səhər saat 11-radələrində qeydə alınıb.
Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınan atışma zamanı bir nəfər ölüb. Bu 1994-cü il təvəllüdlü Musayev Yaqub Rabil oğludur. Hadisə zamanı 1991-ci il təvəllüdlü Mehdiyev Pərvin Cabir oğlu isə yaralanıb. O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma başlanılıb.