Bakıda daha bir yol bağlandı

24 Mart 2014 13:11 (UTC+04:00)

Bakıda daha bir yol təmirə bağlanıb. Musavat.com-un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Cəlil Məmmədquluzadə küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Hərbi Hospital istiqamətində) asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Səməd Vurğun və Tbilisi prospektlərindən istifadə etmələri tövsiyə olunur.